Məşhur alman Azərbaycana qarşı döyüşməyəcək - FOTO

Məşhur alman Azərbaycana qarşı döyüşməyəcək - FOTO

"Borussiya"nın (Dortmund) və Almaniya millisinin hücumçusu Marko Reus təqribən bir ay meydanlara çıxmayacaq.

Fanat.Az xəbər verir ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla martın 26-da baş tutacaq oyunu da buraxacağı istisna olunmur. Klubun mətbuat xidməti bildirir ki, o çiynindən zədələnib və yalnız aprelin əvvəlində tam sağalaraq komandasının şərəfini qoruya biləcək. 

Cari mövsümdə 15 oyun keçirən Reusun aktivində 6 qol və 5 asistlik var. Almaniya yığmasında isə 29 maça 9 qol vurub. 

`Məşhur alman Azərbaycana qarşı döyüşməyəcək - FOTO

Marko Reus "Borussiya"nın heyətində zədədən sonra

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər