Mərc qalmaqalı: Məşhur futbolçu 4 aylıq diskvalifikasiya oluna bilər

Mərc qalmaqalı: Məşhur futbolçu 4 aylıq diskvalifikasiya oluna bilər
"Atletiko"nun cinah müdafiəçisi Kiran Trippyer 4 ay müddətinə diskvalifikasiya oluna bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Trippyerin bukmeyker kontorlarında 2019-cu ilin yayında "Tottenhem"dən ayrılacağına mərc etməsi sübuta yetiriləcəyi təqdirdə, o, futboldan 4 aylıq uzaqlaşdırılacaq.
İngiltərə Futbol Assosiasiyası mümkün diskvalifikasiyanın sadəcə İspaniya daxilinə aid edilməsi ilə bağlı FIFA-ya müraciət etməyi planlaşdırır. İngilis futbolçu günahsız olduğunu iddia edir. Trippyer bunu sübut etmək üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər