Premyer Liqanın autsayderi AZAL heyətinə yeni futbolçu qatıb. Fanat.Az xəbər verir ki, bu haqda “təyyarəçilər”in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov “feyzbuk” hesabında yazıb.
Təmsilçimiz Mərakeş yığmasının sabiq üzvü Mehdi Tauilinin transferini reallaşdırıb. 33 yaşlı yarımmüdafiəçi bu gün Bakıda olacaq. Orta xətt oyunçusu mövsümün sonunadək şüvəlanlıların uğurları üçün tər tökəcək. Sözügedən legionerlə sonradan yeni müqavilə imzalanması da nəzərdə tutulub.
Mərakeşin əsas millisinin formasını 5 oyunda geyən futbolçu aşağı yaş qruparı üzrə yığmalarda daha çox gözə dəyib.Tauilini Türkiyə çempionatını izləyənlər “Sivasspor”dakı çıxışından tanıyır. Ciddi uğurları olmayan Mehdi "Klimarnok"un heyətində Şotlandiya kubokunu qazanmasıyla öyünə bilər.
Fanat.Az