"Məqsədimiz yalnız və yalnız qələbə olacaq" - "Qəbələ"nin qapıçısı

"Məqsədimiz yalnız və yalnız qələbə olacaq" - "Qəbələ"nin qapıçısı

Misli Premyer Liqasının birinci dövrəsində çıxdığı 9 matçda 7 xal toplaya bilən "Qəbələ" növbəti turda çempionatın sürpriz komandasını - "Araz-Naxçıvan"ı qəbul edəcək. 

"Qırmızı-qaralar"ın qapıçısı Rəşad Əzizlidən qarşıdakı matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az-a açıqlaması belə oldu:

“Araz-Naxçıvan” hazırda yaxşı formada olan komandalardandır. Hazırda çempionatımızda elə oyun yoxdur ki, asan keçsin. “Araz-Naxçıvan”la matç da istisna olmayacaq. İstənilən halda, biz öz meydanımızda çıxış edəcəyik. Evdə oynadığımız üçün məqsədimiz yalnız və yalnız qələbə olacaq".

Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" oyunu oktyabrın 22-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər