"Məqsəd Çempionlar Liqasına qayıtmaqdır" - Alleqri

"Məqsəd Çempionlar Liqasına qayıtmaqdır" - Alleqri

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yeni mövsüm haqda danışıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Çempionlar Liqasına qayıtmağa çalışmalıyıq – bu, bizim məqsədimizdir. Avrokubokda oynamaq bizim üçün, klubun gəliri baxımından çox vacibdir.

Keçən mövsüm yaxşı çıxış edən çoxlu gənc oyunçularımız var, lakin onların daha bir addım atacağını gözləmək olar. İndi biz A Seriyasında ən yaxşı başlanğıc üçün diqqətimizi cəmləməliyik".

Qeyd edək ki, "Yuventus" ötən mövsüm İtaliya çempionatını yeddinci yerdə başa vurub.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər