"Milan" "İnter"i transferin son günündə 3 futbolçunu heyətinə qatıb. Fanat.az klubun rəsmi saytına istinadən хəbər verir ki, italyanlar Felipe Melo, Aleks Telles və Adem Lyayiçi heyətinə qatıb.
"İnter" Felipe Melo üçün "Qalatasaray"a 3,7 milyon avro ödəyib. Gələcək bonuslarla birlikdə bu məbləğ 5,2 milyon avroya qalхa bilər. "Qalatasaray" "Pitbull" ləqəbli futbolçunu "Yuventus"dan 3,75 milyon avroya transfer etmişdi.
"Qalatasaray" Aleks Tellesi "İnter"ə icarəyə verib. İtalyanlar buna görə türk klubuna 1,55 milyon avro ödəyəcək. "İnter" gələcəkdə 8,5 milyon avro ödəyərək braziliyalı futbolçunun transfer hüququnu ala bilər.
Adem Lyayiç isə "Roma"dan icarəyə götürülüb. "İnter" buna görə qarşı tərəfə 1,75 milyon avro verəcək.
Fanat.az