Məhəmməd Mirzəbəyov "Sumqayıt"la 2 illik müqavilə imzaladı

Məhəmməd Mirzəbəyov "Sumqayıt"la 2 illik müqavilə imzaladı

"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Ötən mövsümü klubda icarə əsasında keçirmiş Məhəmməd Mirzəbəyov artıq "Sumqayıt"a məxsusdur. 23 yaşlı müdafiəçi klub ilə ikiillik müqavilə imzalayıb.

Məhəmməd sabahdan komandanın Gürcüstandakı təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov 2012/13 mövsümündə Topaz Premyer Liqasında ümumilikdə 28 oyunda meydana çıxıb (2060 dəqiqə) və 1 qol vurub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər