Maudo Jarjue: "Neftçi" ilə oyunda qələbə qazanmağa hazırıq"

Maudo Jarjue: "Neftçi" ilə oyunda qələbə qazanmağa hazırıq"

Misli Premyer Liqasının 3-cü turunda Sumqayıtdakı "SOCAR Polymer Arena"da "İmişli"yə 0:1 hesabı ilə uduzan "Şəfa" çempionatdakı növbəti matçını sentyabrın 5-də, səfərdə "Neftçi"yə qarşı keçirəcək.

"Hepardlar"ın qambiyalı müdafiəçisi Maudo Jarjue "pələnglər"dən aldıqları məğlubiyyətlə bağlı fikirlərini Fanat.Az-a bölüşüb.

Orta xətt oyunçusu yenilginin səbəbini belə izah edib: "İmişli" ilə oyunda sadəcə bəxtimiz gətirmədi. Əslində, oyunumuz o qədər də pis alınmamışdı. Biz bu matçdan özümüz üçün lazımi dərsləri çıxardıq".

Jarjue ​"xalq komandası"na qarşı görüş barədə də danışıb: "Hazırda şənbə günü keçirəcəyimiz oyuna hazırlaşırıq. Komanda olaraq "Neftçi" ilə matçda qələbə qazanmağa hazırıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər