Martins niyə Bakı klubundan imtina edib?

Martins niyə Bakı klubundan imtina edib?

Bakı "İnter"inin braziliyalı hücumçusu Dieqo Martinsin komandadan ayrılması gözlənilməz oldu. Artıq qaynar.info 27 yaşlı futbolçunun "İnter"in yeni müqavilə bağlamaq təklifini geri çevirməsinin səbəbini öyrənə bilib.

Belə ki, Dieqo 2011-2014-cü illərdə Honkonqun "Saut Çayna" (mənası "Cənubi Çin" deməkdir - red.) klubunda ilk legioner həyatını yaşayıb və bu uğurlu olub. Orda 31 oyuna 17 qol vurmaqla özünü göstərə bilib. İndi ona yenə Honkonqdan - "Honq Konq Peqasus" klubundan cazibədar təklif gəlib. Bu üzdən Dieqo yenə avrokuboklarda oynamağa yaxın olduğu "İnter"də qalmaqdansa, pula üstünlük verib.

Qeyd edək ki, Dieqo Martins 15 oyuna vurduğu 5 qolla "İnter"in ən çox fərqlənən oyunçusu idi. O, Avroliqada da 2 qola imza atmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər