Marsel "Olimpik"i Qəbələyə gəlməyəcək

Marsel "Olimpik"i Qəbələyə gəlməyəcək
III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, Fransa təmsilçisi "Olimpik" (Marsel) turnirdə yer ala bilməyəcək. 
Bəzi texniki səbəblərdən "Olimpik"in Azərbaycana gəlişi baş tutmayacaq. Yaxın günlərdə fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək. 
Qeyd edək ki, III Qəbələ Kubokunda "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Udineze" (İtaliya), "Neftçi" (Azərbaycan) və "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandaları iştira edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər