Sərbəst güləş üzrə Avropa çempionu, əslən Ukraynadan olan Mariya Stadnik ukraynalı jurnalistlərə Azərbaycan yığmasına keçidi haqda danışıb.
"Məni Azərbaycanı dəstəkləməyə məcbur edən detalları bilmirəm, amma məni indiyə qədər xain adlandırırlar. Tez-tez satıldığımı deyirlər. Ancaq bu heç də belə deyil. Əslində, məni satdılar. Ukrayna federasiyası mənə görə yaxşı kompensasiyalar aldı. Yəni mən satılmadım, məni satdılar. Artıq dəqiq məbləğ xatırlamıram və təxminini danışmaq da istəmirəm ki, sonra buna görə də qınasınlar. Amma o vaxt üçün bu yaxşı pul idi" deyə Mariya Stadnik bildirib.
Xatırladaq ki, Mariya Stadnik Azərbaycan yığmasının tərkibində Rioda gümüş medal qazanıb.(virtualaz.org)
Fanat.Az