Marino Puşiç "İnter"in baş məşqçisi ola bilər - RƏSMİ

Marino Puşiç "İnter"in baş məşqçisi ola bilər - RƏSMİ

Marino Puşiçin "İnter"in baş məşqçisinin köməkçisi təyin ediləcəyi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, bu gün mütəxəssislə klub arasında müqavilə imzalanıb.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, cənab Puşiç cari mövsümün sonunadək "İnter"in baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq. Mövsümun sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə cənab Puşiçin baş məşqçi postuna təyin olunması məsələsi həllini tapacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər