Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, turnirin finalında Çinin "Quançjou" və Cənubi Koreyanın "Seul" klubları qarşılaşıb.
Tərəflər arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Ötən gün baş tutan cavab matçında da qalib müəyyənləşməyib - 1:1. Beləliklə, səfərdə 2 qol vuran "Quançjou" Asiya Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Quançjou"nu məşhur italyan mütəxəssis Marsello Lippi çalışdırır. 2012-ci ildən Çin klubuna rəhbərlik edən baş məşqçi 1996-ci ildə "Yuventus"la Avropa Çempionlar Liqasının qalibi olub. O, "Quançjou" klubunu iki dəfə Çin çempionatının və bir dəfə ölkə kubokunun qalibi olub.
Fanat.az