Marat İzmaylov rəsmən "Qəbələ"də! - BOMBA PARTLADI

Marat İzmaylov rəsmən "Qəbələ"də! - BOMBA PARTLADI
"Qəbələ" Marat İzmaylovun keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, rusiyalı futbolçu "Portu"dan icarəyə götürülüb.
Anlaşmaya əsasən İzmayılov yayadək "Qəbələ"də çıxış edəcək. Amma tərəflər yayda müqavilənin müddətini uzadacaq. Bundan əvvəl isə "Qəbələ" "Portu" ilə razılığa gəlməlidi.
Qeyd edək ki, Moskva "Lokomotiv"inin yetirməsi olan İzmaylov 2000-ci ildə klubun B (18 oyun, 1 qol), 2001-2007-ci ilərdə A (124 oyun, 20 qol) komandalarında çıxış edib. 2007/08 mövsümündə Portuqaliya "Sportinq"inə icarəyə verilən Marat (23 oyun, 4 qol) 2008-ci ildə bu komandaya transfer olunub və 2013-ədək çıxış edib (90 oyun, 11 qol). 31 yaşlı yarımmüdafiəçi ötən il transfer olunduğu "Portu"da 16 oyun keçirib və 1 qol vurub. 
2001-ci ildən Rusiya millisinə dəvət alan Maraq 35 oyunda meydana çıxıb. O, karyerası ərzində Rusiya çempionluğunu (2002, 2004), Superkubokunu (2003, 2005), "Birlik Kuboku"nu (2005), Portuqaliya Kubokunu (2008), Superkubokunu (2007, 2008) qazanıb, Portuqaliya çempionatının qızıl (2012/13) və gümüş medallarına sahib çıxıb (2007/08, 2008/09).
"Transfermarkt" ona 3.5 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər