Marat İzmaylov "Qəbələ"dən gedir

Marat İzmaylov "Qəbələ"dən gedir
"Qəbələ”nin rusiyalı legioneri Marat İzmaylov "Portu”ya qayıdır. Fanat.az xəbər verir ki, bu barədə Topaz Premyer Liqasının bürünc mükafatçısının baş məşqçisi Yuri Syomin məlumat verib.
Rusiyalı mütəxəssis İzmaylovun Azərbaycan Kubokunun mayın 22-də keçiriləcək final qarşılaşmasından sonra müqavilə ilə məxsus olduğu "Portu”ya dönəcəyini bildirib: "Məndə olan məlumata görə, "Portu” Maratı sıralarına qaytarmaq niyyətindədir və təəssüf ki, mövsüm başa çatdıqdan sonra yarımmüdafiəçi məxsus olduğu klubun sıralarına dönəcək. Gələcəkdə nə olacağını demək çətindir. Fikrimcə, İzmaylov Avropa Liqasında bizə kömək edə bilməyəcək”.
Qeyd edək ki, Marat İzmaylov "Qəbələ"yə yayda Portuqaliya "Portu"sundan icarə əsasında keçib. 
sportnet.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər