Marat İzmayılov "Portu"ya qayıtmaq istəyir

Marat İzmayılov "Portu"ya qayıtmaq istəyir

"Portu" rəhbərliyinin mənə münasibəti heç vaxt indiki kimi olmayıb. Çoxları mənim düşdüyüm ağır vəziyyətə biganə qalanda, bu komanda yanımda idi və lazımi dəstək verirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin "Portu"dan icarəyə götürdüyü Marat İzmayılov deyib.

Rusiyalı futbolçu tezliklə "Portu"ya qayıtmaq istədiyini bildirib: "Hətta komanda üçün çox vacib olan vaxtlarda da onlara kömək edə bilmirdim. Onların belə dəstəyini gördükdə başa düşdüm ki, "Portu" rəhbərliyinə həmişə güvənə bilərəm. Bu üzdən də bu klubu ailəmin bir parçası sayıram. Məqsədim yaxın müddətdə ailəmə qayıtmaq və komandaya bütün turnirlərdə qələbə qazanmağa kömək etməkdi".

İzmayılov "Qəbələ"yə oyun praktikası qazanmaq üçün gəldiyini deyib: "Gedişim oyun praktikası qazanmağa xidmət edir və “Qəbələ”yə icarəyə verilməyim “Portu”ya qayıdışım üçün tapılan ən yaxşı variant idi. Lakin indidən geri qayıtmağım haqda danışmaq tezdi. Hələlik ən vacib olanı 90 dəqiqə eyni səviyyədə oynamaqdı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər