“Mançester Yunayted”dən 20 milyonluq transfer həmləsi

“Mançester Yunayted”dən 20 milyonluq transfer həmləsi

İngiltərənin cari mövsüm qeyri-sabit təsir bağışlayan "Mançester Yunayted" klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Sevilya"nın hücumçusu Yusef En-Nesirini transfer etmək istəyir.

Mənbə bildirir ki, 26 yaşlı Nesirinin bazar dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, Nesiri cari mövsüm "Sevilya" forması ilə La Liqada 17 matçda 5 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər