"Mançester Yunayted" və "Ayaks" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNDİ

"Mançester Yunayted" və "Ayaks" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilb.

Fanat.Az xəbər verir ki, beləliklə 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

İngiltərədə "Mançester Yunayted" və İspaniyanın "Atletiko Madrid" komandaları üz-üzə gəlib.  Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Cavab oyununda isə 1:0 hesabı ilə qalib gələn ispanlar növbəti mərhələyə adlayıblar. 

Gecənin digər matçında isə Niderland "Ayaks"ı Portuqaliya "Benfika"sını qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lissabondakı ilk matçda isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Beləliklə, Portuqaliya təmsilçisi adını 1/4 final mərhələsinə yazdırıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları 15 mart

"Mançester Yunayted" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) 0:1

Qol: Lodi, 41.

Baş hakim: Slavko Vinçiç İlk oyun - 1:1

"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) 0:1

Qol: Nunes, 77.

Baş hakim: Karlos del Serro İlk oyun - 2:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər