Malili hücumçu "Sabah"da - VİDEO

Malili hücumçu "Sabah"da - VİDEO
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu malili hücumçu Ulis Diallo ilə iki illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerası ərzində Malinin "Koliba”, Livanın "Şabab Əl Sahel”, Macarıstanın "Ferentsvaroş”, "Mezököveşd-Jor”, "Puşkaş Akademiyası”, MTK, Portuqaliyanın "Aroka”, "Akademika”, "Maritimu” klublarında çıxış edib. Onun son iş yeri MTK klubu olub. Futbolçu qış fasiləsindən sonra oynadığı Budapeşt klubunda 10 oyuna cəmi bir qol vura bilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər