"Milan"ın texniki direktoru Paolo Maldini və CEO İvan Qazidis arasında görüş baş tutub.
Fanat.Az "Sempre Milan"ın müxbiri Vito Ancelenin "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Maldini növbəti mövsüm də texniki direktor postunu tutacaq.
52 yaşlı funksioner müqavilələrin yenilənməsi və transferlərlə bağlı çalışmalara başlayıb.
Fanat.Az