İtaliya A Seriyası təmsilçisi "Montsa" rəsmi saytı vasitəsilə "Milan"ın yarımmüdafiəçisi Daniel Maldininin transferini elan edib.
Fanat.Az xəbər verir ki, tərəflər arasında "2+1" illik müqavilə imzalanıb.
"Transfermarkt" "Montsa"nın oyunçunu heyətinə pulsuz cəlb etdiyini bildirib. "Rossonerilər" Maldininin növbəti satışından 50 faiz alacaq.
İtalyan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Montsa”da keçirib. Bu müddət ərzində 22 yaşlı yarımmüdafiəçi A seriyasında 11 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa