Maldini "Milan"da qalmaq üçün rəhbərliyin qarşısına şərt qoyub

Maldini "Milan"da qalmaq üçün rəhbərliyin qarşısına şərt qoyub
"Milan"ın texniki direktoru Paolo Maldini klubdakı fəaliyyətini davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Maldini bunun üçün şərt irəli sürüb. O, transfer məsələləri, o cümlədən məşqçi seçimi prosesində birbaşa iştirak etmək və səsvermə hüququna sahib olmaq istəyir.
"Rossonerilər"in rəhbərliyi şərti qəbul etməsə, 51 yaşlı funksioner klubu tərk edə bilər. İndilik "Milan"ın baş direktoru İvan Qazidisin Maldinini dəstəklədiyi bildirilir.
Daha öncə komandada futbol şöbəsinin rəhbəri vəzifəsini icra edən Zvonimir Boban istefa vermişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər