Makedoniya Azərbaycanla oyundan imtina etdi

Makedoniya Azərbaycanla oyundan imtina etdi

Azərbaycan millisinin mayın 26-da Avstriyada Makedoniya yığması ilə görüşü baş tutmayacaq. Fanat.az xəbər verir ki, Makedoniya Futbol Federasiyası (MFF) mayın 26-da və 29-da Avstriyada 2 yoxlama oyunu keçirmək istəyirdi. 

Lakin mayın 29-na rəqib tapa bilmədiyindən (halbuki həmin tarixə BƏƏ ilə danışıqlar gedirdi - red.), makedonlar Avstriya səfərindən ümumiyyətlə imtina ediblər. 1 yoxlama görüşündən ötrü Avstriyaya getməyi lazım bilməyən MFF onlara Yaxın Şərqdən gələn təklifləri dəyərləndirməli olub.

Belə ki, Makedoniya millisi Azərbaycanla oynayacağı tarixdə müharibənin getdiyi Suriyada yerli yığma komanda ilə yoldaşlıq oyunu keçirməyə qərar verib. Oyun Suriyanın qərbindəki liman şəhəri olan Latakiyada (Əl-Laziqiyyə) keçiriləcək. Bu şəhər isə hökumət qüvvələrinin nəzarətində olan yaşayış məskənidir. Maraqlıdır ki, Suriya millisi 2010-cu ilin dekabrın 22-də paytaxt Dəməşqdə İraqla oynayandan bəri ilk dəfə öz meydanında görüş keçirəcək. Çünki FİFA münaqişə ilə bağlı Suriyada oyun keçirilməsinə qadağa qoyub. Lakin Suriya çempionatının oyunları heç vaxt dayandırılmayıb. Oyun 45 minlik Latakiya şəhər stadionunda keçiriləcək. Ancaq təhlükəsizlik səbəbindən yalnız 5 min adamın tamaşaçı qismində iştirak etməsinə icazə veriləcək.

Bu matçdan 3 gün sonra, yəni mayın 29-da Makedoniya Livanla qarşılaşacaq. Görüş Livanın 3-cü böyük şəhəri olan 22 600 tamaşaçı tutumuna malik Sayda (Sidon) Beynəlxalq Stadionunda keçiriləcək. Bu, Livan millisinin noyabrın 17-də Skopyedə 1:0 qalib gəldiyi yoldaşlıq oyununa cavab olacaq.

Qeyd edək ki, Makedoniya millisi iyunun 2-də paytaxt Skopyedə daha bir Asiya təmsilçisi ilə qarşılaşacaq. Bu dəfə rəqib cənub qonşularımız - İran millisi olacaq.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər