Zaqreb “Dinamo”su növbəti mövsümə hazırlıq çərçivəsində sonuncu sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Çexiya çempionu “Sparta” (Praqa) ilə üz-üzə gəlib.
Xorvatiya çempionu bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Mahir bu görüşün 63-cü dəqiqəsində meydana buraxılsa da, fərqlənə bilməyib.