Mahir Şükürov "Karşıyaka"nı qoyub Bakıya gəlir

Mahir Şükürov "Karşıyaka"nı qoyub Bakıya gəlir
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir. Fanat.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd eək ki, Mahi Şükürovun çıxış etdiyu "Karşıyaka" PTT 1-ci liqanın IX turu çərçivəsində "Adana Dəmirspor"u qəbul edəcək. Oyun noyabrın 9-da baş tutuacaq. Amma millimizin üzvü bu matçda iştirak etməyəcək.
Onu da qeyd edək ki, “Qarabağ”ın oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər