Löv bəyəndiyini Azərbaycana gətirəcəkmi?

Löv bəyəndiyini Azərbaycana gətirəcəkmi?

Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv Bundesliqanın XXII turu çərçivəsində baş tutan “Frayburq” – “Borussiya” (Dortmund) oyununa canlı baxıb.

 

Dortmundluların qələbəsiylə yekunlaşan (3:0) qarşılaşmanın ardından “Borussiya”nın yarımmüdafiəçisi Qonzalo Kastronun oyunuyla Lövün diqqətini çəkdiyi üzə çıxıb. Bu haqda “Borussiya”nın idman direktoru Mixael Zorç açıqlama verib:

 

 “Qonzalo oyundan-oyuna “artırır”. Məncə yığmaya layiqdi. Millinin qarşıdakı oyunlarından birində Kastroya şans verməyə dəyər”.

 

 

 Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində, martın 26-da Bakıda Azərbaycanla qarşılaşacaq. Bunadək Löv yetirmələrini yoldaşlıq görüşündə sınaqdan keçirmək niyyətindədi. Almaniya – İngiltərə matçı martın 22-də Dortmundda düzənlənəcək.

 

Qeyd edək ki, Kastro sonuncu dəfə 2007-ci ildə yığma formasıyla meydana çıxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər