Lüksemburq yığmasının futbolçusu: "Bakıda bizə oynamaq çətin olacaq"

Lüksemburq yığmasının futbolçusu: "Bakıda bizə oynamaq çətin olacaq"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda millimizin qonağı olacaq Lüksemburq yığmasının futbolçusu Aurelien Yoahim qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Hollandiyanın "Villem II" klubunda forma geyinən futbolçu Bakıya yola düşməzdən əvvəl matçın onlar üçün çətin keçəcəyini bildirib:"Azərbaycanla oyuna yaxşı hazırlaşmışıq. Bununla belə, Bakıda bizə oynamaq çətin olacaq. Çünki rəqib doğma azarkeşlər önündə oynayacaq. Təbii ki, bu görüşdə minimum vəzifəmiz 1 xal qazanmaqdır. Qələbə qazana bilsək, qrupdakı vəziyyətimizi xeyli yaxşılaşdırmış olarıq. Hansı taktika ilə oynayacağımıza isə baş məşqçi qərar verəcək".Qeyd edək ki, Azərbaycan - Lüksemburq oyunu sabah, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər