Lüksemburq milli komandası "Bakı"nın bazasında

Lüksemburq milli komandası "Bakı"nın bazasında

FİFA 2014 Dünya Çempionatının seçmə oyununda Azərbaycan yığma komandasının qonağı olacaq Lüksemburq millisi artıq Bakıdadır. Komandamızın rəqibi "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda məşq edib. Birinci məşq səhər saat 11:00-da digəri isə axşam saat 19:00-da olub. Qeyd edək ki, hər iki məşq mətbuat nümayəndələri üçün bağlı olub.

Lüksemburq yığması ölkəmizə aşağıdakı heyətlə gəlib: Qapıçılar: Jonatan Juber (F91 Dudelanj), Mark Obervays (Jeness);Müdafiəçilər: Ante Bukviç (Differdanj 03), Maksim Şano (“Beersxot”, Belçika), Erik Hoffmann (Jeness), Massimo Martino (F91 Dudelanj), Tom Latertsa (Fola), Kris Filipps (“Mets”in U-19 komandası, Fransa); Yarımmüdafiəçilər: Loran Yans (Fola), Lars Qerson (“Norrçöpinq”, İsveç), Mario Mutş (“Sankt-Qallen”, İsveçrə), Ben Payal (F91 Dudelanj), Rene Peters (Hamm Benfika); Hücumçular: Daniel Da Mota (F91 Dudelanj), Stefano Bensi (Fola), Moris Devil (“Elversberq”, Almaniya), Orelyen Yoaxim (“Villem II”, Hollandiya), Antonio Luis (Rasinq), David Turpel (Etsella). Xatırladaq ki, 2014 il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburq milli komandalarının oyunu iyunun 7-də "Bakcell Arena"da baş tutacaq. Başlanma saatı 21:00.Lüksemburq milli komandası şəhərimizin qonağı olan yığmaların ənənəsini pozmayıb. Belə ki, daha əvvəl Azərbaycan millisi ilə Bakıda qarşılaşan Türkiyə, Küveyt, İordaniya, Makedoniya və Portuqaliya yığmaları da hazırlıqlarını "Bakı" futbol klubunun bazasında keçiblər. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər