"Real Madrid"in xorvat yarımmüdafiəçisi Luka Modriç komandadakı gələcəyi ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "El Larguero" yayıb.
Xəbərə görə, 38 yaşlı futbolçu "Kral klubu" ilə müqavilə yeniləməyəcək.
Qeyd edək ki, 2012-ci ildən "Real"ın uğurları üçün çalışan Luka cari cari mövsüm İspaniya çempionatında 16 oyuna çıxıb. Bu qarşılaşmalarda 1 qol vuran ulduz futbolçu 4 məhsuldar ötürmə ilə yadda qalıb.