Luka Modriç İtaliya nəhəngi ilə razılığa gəldi

Luka Modriç İtaliya nəhəngi ilə razılığa gəldi

"Real Madrid" ilə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Luka Modriç karyerasını İtaliya nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.

Məlumata görə, Xorvatiya millisinin təcrübəli üzvü "Milan"la razılığa gəlib. Mənbə 39 yaşlı futbolçunun müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcəyini vurğulayıb.

Qeyd edək ki, təcrübəli orta xətt oyunçusu 2012-ci ildən "Real"da çıxış edib. O vaxtdan bəri "Kral klubu" ilə 28 titula sahib çıxan Luka 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər