"Real Madrid"in futbolçusu Luka Modriç vətəni Xorvatiyada mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, ölkənin futbol assosiasiyası tərəfindən məşqçilər və futbolçular arasında aparılan sorğuda Modriç Xorvatiyanın ən yaxşı oyunçusu seçilib.
Xorvatiya çempionatının ən yaxşısı adını Zaqreb "Dinamo"sunun hücumçusu Bruno Petkoviç qazanıb. Onun komanda yoldaşı Dominik Livakoviç isə ən yaxşı qapıçı seçilib.
Ölkənin ən yaxşı gənc futbolçusu adına isə "Dinamo"nun (Zaqreb) müdafiəçisi Yoşko Qvardiol layiq görülüb.
Röya