Əvəzedici heyətlər arasında çempionatın XXXIV turunda "Bakı"nı qəbul edən "Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna Lorenzo Ebesilio imza atıb. Ötən həfətə əsas komandanın heyətində "Neftçi"yə qarşı oynayan və qələbə qolunu vuran holland futbolçu qırmızı vərəqə alaraq cəzalı duruma düşdüyündən əvəzedici komandada oynayıb.
Fanat.az