“Lokomotiv” Azərbaycan çempionu oldu

“Lokomotiv” Azərbaycan çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. Fanat.Az xəbər verir ki, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

 

“Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

 

Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər