Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adı açıqlandı

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adı açıqlandı
Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/2021-ci il mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə ölkəni "Araz” klubu təmsil edəcək.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi AFF-yə tapşırılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər