Mindauqas Kalonas yenidən Azərbaycana qayıdıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, litvalı futbolçu "Rəvan"ın dəvəti ilə ölkəmizə gəlib.
Kalonas hazırda klubun bazasındadı. Amma onunla müqavilə bağlanıb-bağlanmayacağı hələ bilinmir. Çünki "Rəvan"ın təklif etdiyi pulun məbləği o qədər də böyük deyil. Əsas məsələ futbolçunun bu pulla ölkəmizdə oynamağa razılıq verməsidi.
Qeyd edək ki, Kalonas 2012/13 mövsümünün ikinci hissəsini "Rəvan"da keçirib. 31 yaşlı litvalı yarımmüdafiəçi 15 oyuna çıхıb və 8 qol vurub. O, 2013/14 mövsümünün ilk yarısında "Bakı"nın (18 oyun, 6 qol), ikinci dövrəsində "Simurq"un (5 oyun) formasını geyinib.
Ölkəmizdən ayrıldıqdan sonra İsraildə "Hapoel"in (Hayfa) və Latviyada "Skonto"nun formasını geyinən Kalonas əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", İrlandiyada "Bohemians", Ukraynada "Metallurq" (Zaparoje), Polşada "Stomil", Latviyada "Metallurq" və "Riqa" klublarında çıхış edib. O, Litva millisində 43 oyun keçirib və 3 qol vurub.
Fanat.az