Topaz Premyer Liqasının 10-cu turunda turnir cədvəlinin hal-hazırkı lideri “Qarabağ” son pillədə qərarlaşmış “Sumqayıt”ı sınağa çəkəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 6-cı qarşılaşma olacaq.
İndiyədək baş tutan 5 oyundan 3-də "Qarabağ", 1-də "Sumqayıt" qələbə qazanıb, 1 matç sülhlə başa çatıb. İlk iki turda ağdamlıları büdrədən sumqayıtlılar son 3 maçtda xal üzünə həsrət qalmaqla yanaşı, böyük hesablı məğlubiyyətlərdən də qurtula bilməyiblər.
Sumqayıt (Sumqayıt) - Qarabağ(Ağdam)
+1=1-3, top fərqi 4-15
| 11.09.2011 | Sumqayıt Şəhər - Qarabağ (Ağdam) | 0:0 |
| 05.11.2011 | Qarabağ (Ağdam) - Sumqayıt Şəhər | 1:2 |
| 19.08.2012 | Sumqayıt - Qarabağ (Ağdam) | 1:6 |
| 16.02.2013 | Qarabağ (Ağdam) - Sumqayıt | 3:0 |
| 11.08.2013 | Qarabağ (Ağdam) - Sumqayıt | 5:1 |
Fanat.az