Məşhur rusiyalı jurnalist Boris Levin müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Rusiya oyunu haqda fikirlərini bölüşüb.
- Yığmanın Bakıdakı oyunu haqda əsas təəssüratlarınız?
- KİV-in oyun ətrafında isteriyası. Azərbaycan yığması üçün oyun heç nəyi həll etmirdi. Ancaq ictimai fikir elə qızışdırılmışdı ki, sanki hər iki tərəfi son qanlı döyüş gözləyir. Bu, əlbəttə, nədəsə ziyan edirdi, ancaq ab-havaya acılıq da qatırdı.
- Döyüş qabağı süni şəkildə bir-birinə hücum çəkən boksçular kimi?
- Bununla belə, futbolda bu, elə də münasib variant deyil. Buna baxmayaraq, atmosferi qızışdırmaq üçün leqal imkanlar varsa, niyə də yox? Əsas olanı sivil çərçivədə qalmaqdı.
- Azərbaycanda Rusiyaya qarşı hər hansı kin müşahidə olunur?
- Bu haradan çıxdı? Bakıda tez-tez oluram, dostlarım kifayət qədərdi (Boris Levin “Nə? Harada? Nə vaxt?” yarışması üzrə Azərbaycan yığmasının heyətində dünya çempionudu).Buna görə də əminliklə deyə bilərəm ki, əksər bakılılar azarkeşlik etməsələr də, Rusiya yığmasına şərikdilər. Hər halda, azərbaycanlılar sülhsevər və qonaqpərvər xalqdı.
- Milli hisslərlə oynamaq ən axırıncı işdi. Buna əminəm. Çünki dünyanın ən kosmopolit rayonda böyümüşəm.
- Burada öz milli mənsubiyyətini 16 yaşında, pasport alarkən bilirdin. Donbassı nəzərdə tuturam. Mənim üçün milli səpgidə istənilən eybəcərlik düşüncə hüdudlarından uzaqdı.
- Bakıda Aleksandr Səmədova çətin oldu. Ona tribunalardan nə qışqırırdılar?
- Bunlardan ancaq çapa yararlılarını demək olar - “Samedyan”
- Bu nə demək idi?
- Bu Səmədovun soyadının erməni təbirincə təhrif olunmuş formasıdı. Təəssüf ki, azərbaycanlılar üçün ermənilər barışmaz düşməndilər.
- Səmədov meydanı çox riqqətlə tərk etdi. Yığmanın digər oyunçuları meydanın o başından Aleksandrın əlini sıxmaq üçün qaçıb gəldilər.
- Futbolçularımız onu bu anla yanaşı, meydana çıxanda da dəstəkləyirdilər. İqor Akinfeyev Səmədovu nümayişkaranə, yüngülcə qucaqladı, əl-ələ vurdular. Sonra Kerj ona nə isə deyirdi. Ancaq ilk dəqiqələrdə Saşa aşkar həyəcanlı idi. Bütün bunlar aydındır: bütün meydan tək sənə qarşı azarkeşlik edir. Buna reaksiya göstərməmək üçün polad əsəblər lazımdı. Ancaq ona əhsən! Sakitləşə və gözəl oyun göstərə bildi.
- Səmədova Azərbaycanda belə münasibət haradandı?
- Onun oyunqabağı müsahibəsindən. Yeri gəlmişkən, siyasi cəhətdən düzgün. Ancaq yerli mentaliteti də bilmək lazımdı: bir yersiz “cəzalandırmaq” sözündən Bakıda bütöv bir tarixçə şişirtdilər. Ancaq, onlar buna bizm futbolçudan fərqli daha fərqli, acı on geydirdilər.
Fanat.az