Lənkəranda olmuş hakim "İnter" üçün gəlir

Lənkəranda olmuş hakim "İnter" üçün gəlir
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəçində keçiriləcək "İnter" - "Hafnarfyordur" (İslandiya) oyununun hakimlərim müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı ukraynalı hakimlərə tapşırıb.
Matçı Yaroslav Kozık idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sergey Boyko yerinə yetirəcək.
34 yaşlı Yaroslav Kozık 2013-cü ildən FIFA referisidi. İndiyədək Avropa Liqasında cəmi 2 dəfə baş hakim kimi meydana çıхan referi "Xəzər Lənkəran"ın oyununa təyinat alıb. Belə ki, o, Avropa Liqasının 2011/12 mövsümündə II təsnifxat mərhələsinin "Xəzər Lənkəran" - "Makkabi" (Təl Əviv, İsrail) oyununun dördüncü hakimi olub. Lənkəranda baş tutan matç 0:0 hesabı ilə başa çatmışdı. Görüşü Kozıkın həmyerlisi Andrey Şandor idarə etmişdi.
Avropa Liqası
II təsnifat mərhələsi
23 iyul
21.00 İnter (Azərbaycan) - Hafnarfyordur (İslandiya)
Hakimlər: Yaroslav Kozık, Semyon Şlonçak, İqor Alyoxin, Sergey Boyko (hamısı Ukrayna).
UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya).
UEFA nümayəndəsi: Artur Qaydels (Litva).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər