"Milan"ın hücumçusu Rafael Leau İtaliya komandasını tərk edəcək.
Fanat.Az "La Stampa"ya istinadən xəbər verir ki, portuqaliyalı forvard "rossonerilər"lə müqaviləni yeniləməkdən imtina edib.
Milanlılar 23 yaşlı portuqaliyalıya 2026-cı ilə qədər nəzərdə tutulan və ciddi maaş artımı ilə müqavilə təklif etsələr də, futbolçu və ətrafı razılaşmayıb. Onun "Real Madrid"ə keçəcəyi gözlənilir.
Leau ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa