“Sabah”ın təşəbbüsü ilə yeni uşaq meydançasının açılış mərasimi keçirildi

“Sabah”ın təşəbbüsü ilə yeni uşaq meydançasının açılış mərasimi keçirildi

Bu gün Premyer Liqa təmsilçisi “Sabah”ın təşəbbüsü ilə yeni uşaq meydançasının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, İçərişəhərin Dördbucaqlı Qala ərazisində baş tutan tədbirdə qoruq əməkdaşları, klub nümayəndələri, valideynlər, uşaqlar və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun şöbə müdiri Cəloğlan İlyasov, sədr Rüfət Mahmud, Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov və “Sabah” klubunun koordinatoru Giorgi Minaşvili çıxış edərək layihənin əhəmiyyətindən danışıblar, yeni yaradılan meydançanın uşaqlar üçün önəmini vurğulayıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər