“Qəbələ” Premyer Liqaya vəsiqəni darmadağınla təmin etdi

“Qəbələ” Premyer Liqaya vəsiqəni darmadağınla təmin etdi

Birinci Liqada 20-ci turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə 2 oyun baş tutub.

Səfərdə “Baku Sportinq”lə qarşılaşan “Qəbələ” Premyer Liqaya vəsiqəni darmadağınla təmin edib. Rəqibini 5 cavabsız qolla yenən bölgə təmsilçisi xallarını 52-yə çatdırıb və beləliklə, çempionatı ilk “3-lük”də başa vuracağı rəsmiləşib.  

“İmişli” isə MOİK üzərində minimal hesablı qələbə qazanaraq Premyer Liqa yolunda daha bir vacib addım atıb.

Birinci Liqa 20-ci tur 4 aprel

“Baku Sporting” – “Qəbələ” 0:5 Qollar: Nicat Əliyev, 20; 89. Domi Massumo, 43. Elşad Tağıyev, 79; 86.

“İmişli” – MOİK 2:1 Qollar: İdris İnqilablı, 57. Oluvasen Timilehin, 83 – İbrahim Əliyev, 90-pen.

Turun digər oyunları: “Cəbrayıl” – “Qaradağ Lökbatan” 0:0 “Difai” – “Karvan” 2:2 “Mingəçevir” – “Zaqatala” 3:5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər