“Qəbələ” növbəti transferini gerçəkləşdirib

“Qəbələ” növbəti transferini gerçəkləşdirib

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər