İspaniya La Liqasında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 3 görüş reallaşıb.
“Espanyol” evdə “Vilyarreal”a uduzub. “Atletiko Madrid” səfərdə “Selta”nı tək wolla üstələyib. "Las Palmas" - "Betis" dueli isə qollu bərabərliklə başa çatıb.
Bu turun “Malyorka” – “Real Sosyedad” (1:0) və “Leqanes” – “Atletik” (0:2) oyunları əvvəlki tarixlərdə keçirilmişdi.
Hazırda “Barselona” vahid liderdir. “Real” 17 xalla 2-ci, “Atletiko” 15 xalla üçüncü pillədə qərarlaşıb. “Vilyarreal”ın 14, “Atletik”in 13 xalı var.
İspaniya La Liqası 7-ci tur 24 sentyabr
Sevilya – Valyadolid 2:1 Qollar: Torres, 45-öz qapısına. Ejuke, 85 – K.Peres, 56.
Valensiya – Osasuna 0:0
Real Madrid– Alaves 3:2 Qollar: Lukas, 1. Mbappe, 40. Rodriqo, 48 – Benavides, 85. Qarsiya, 86.
25 sentyabr
Jirona – Rayo Valyekano 0:0
Barselona – Xetafe 1:0 Qol: Levandovski, 19.
26 sentyabr
Espanyol – Vilyarreal 1:2 Qol: Jofre, 45+1 – A.Peres, 45+6; 63.
Las Palmas – Betis 1:1 Qollar: Moleyro, 9 – Lo Çelso, 45+3.
Selta – Atletiko Madrid 0:1 Qol: Alvares, 90.