ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.

"Bayquşlar" III təsnifat mərhələsində qarşılaşacağı Danimarkanın “Orhus” komandasını mübarizədən kənarlaşdıra bilsə, pley-offda "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqasının bütün pley-off cütlükləri:

"Levski" (Bolqarıstan)/"Kayrat" (Qazaxıstan) cütünün qalibi – AEK Afina (Yunanıstan) “Seltik” (Şotlandiya) – LASK (Avstriya) “Dinamo Zaqreb” (Xorvatiya)/Jalgiris Kaunas (Litva) cütünün qalibi – Vikinq (Norveç) "Myölbü" (İsveç)/Slovan (Slovakiya) cütünün qalibi - "Ararat-Armeniya" (Ermənistan)/"Selye" (Sloveniya) cütünün qalibi "Hapoel Beer Şeva (İsrail)/"Red Star Belqrad" (Serbiya) cütünün qalibi – "Orxus" (Danimarka)/"Sabah" (Azərbaycan) cütünün qalibi "Fənərbağça" (Türkiyə)/"Şturm Qrats" (Avstriya) cütünün qalibi – "Sparta" (Çexiya)/"Olimpik Lion" (Fransa) cütünün qalibi "Olimpiakos" (Yunanıstan)/NEC (Niderland" cütünün qalibi – "Union" (Belçika)/Budyo Qlimt (Norveç) cütünün qalibi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) mübarizədən kənarlaşdırıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər