ÇL: "Sabah"ın pley-off sınağı başlayır

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

UEFA Çempionlar Liqasında pley-off mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün növbəti sınağına çıxacaq.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kolektiv pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq. İlk sınaq Rumıniyanın Buxarest şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.

"Bayquşlar"ın cavab oyunu gələn həftə Bakıda keçiriləcək.

Qeyd edək ki, ÇL-də mübarizəyə ilk mərhələdən başlayan "Sabah" pley-offa qədər Uelsin TNS (2:0, 2:1), Finlandiyanın "KuPS" (1:0, 2:0) və Danimarkanın "Orhus" (1:2, 4:0) kollektivlərini üstələyib.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyun 19 avqust

23:00. Hapoel Beer-Şeva (İsrail) – Sabah Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marsenaro (hamısı İtaliya). Buxarest. “Rapid Arena”.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər