ÇL: "Orhus" "Sabah"ı minimal hesabla üstələdi

ÇL: "Orhus" "Sabah"ı minimal hesabla üstələdi

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Sabah” da bu gün növbəti oyununa çıxıb.

"Bayquşlar" “Orhus”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Cavab qarşılaşması gələn həftə sonra Masazırda keçiriləcək.

Qeyd edək ki, "Sabah" ilk təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) mübarizədən kənarlaşdırıb. Üçüncü sədd keçiləcəyi halda, ÇL-in pley-offuna vəsiqə əldə edilməklə yanaşı, Avropa Liqasının əsas mərhələsində iştirak təmin olunacaq.

UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun 5 avqust

Orhus (Danimarka) – Sabah 2:1 

Qol: C. Boqere, 31, 63. - V. Simiç, 66. Hakimlər: Rade Obrenoviç, Aleksandr Kaspanoviç, Qreqa Kordej, Matey Yuq (hamısı Sloveniya). Randers. "Cepheus Park".

"Orhus": 21 Kristiansen, 25 Rösler, 5 Tinqager, 19 Kal, 23 Andersson, 4 Knudsen, 16 Yönsson, 39 Emeri, 31 Bek, 28 Boqere, 10 Arnstad (k).

Ehtiyat oyunçular: 1 Hansen (qapıçı), 7 Solbakken, 8 Yörgensen, 11 Links, 13 Serra, 20 Kristiansson, 26 Andersen, 27 Çamçe, 29 Karstensen, 44 Kamara, 45 Storx, 46 Senquba.

"Sabah": 92  Stas Pokatilov (k), 27 Puxaç, 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 80 Akim Zedadka, 13 İvan Lepinitsa, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 21 Velko Simiç, 20 Coy-Lens Mikels, 11 Kahim Parris.

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər