ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcək.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Oyunu Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

PAOK - "Neftçi" duelinin qalibi II təsnifat mərhələsinə yüksələcək.

Çempionlar Liqası 1-ci təsnifat mərhələsi, final 25 iyul

19:30. PAOK – (Yunanıstan) - "Neftçi" (Azərbaycan) Hakimlər: Oksana Kruk, Valentina Zop (hər ikisi Moldova), Luis Akosta, Marta San Xuan (hər ikisi Andorra). Yunanıstan. Veria Munisipal Stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər