Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
"Atalanta" öz meydanında "Şturm"un qapısından 5 cavabsız top keçirib. “Barselona” səfərdə qarşılaşdığı “Benfika” üzərində əzmkar qələbəyə sevinib. “Liverpul” evdə “Lill”i məğlub edib. İspaniyanın digər komandası “Atletiko Madrid” isə “Bayer Leverkuzen”i yenib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun digər oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, VII tur 21 yanvar
“Atalanta” (İtaliya) – “Şturm” (Avstriya) 5:0 Qollar: Reteqi, 12. Paşaliç, 58. De Ketelare, 63. Lukman, 90. Breşianini, 90+5.
“Monako” (Fransa) – “Aston Villa” (İngiltərə) 1:0 Qol: Sinqo, 8.
“Slovan” (Slovakiya) – “Ştutqart” (Almaniya) 1:3 Qollar: Metsoko, 85 – Levelinq, 11; 36. Rider, 87.
“Brügge” (Belçika) – “Yuventus” (İtaliya) 0:0
“Atletiko Madrid” (İspaniya) – "Bayer Leverkuzen” (Almaniya) 2:1 Qollar: X.Alvares, 52; 90 – İnkapye, 45+1.
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 4:5 Qollar: Pavlidis, 2; 22; 30-pen. Arauxo, 68-öz qapısına – Levandovski, 13-pen; 78-pen. Rafinya, 64; 90+6. E.Qarsiya, 87.
“Liverpul” (İngiltərə) – “Lill” (Fransa) 2:1 Qollar: Salah, 34. Elliot, 67 – David, 62.
“Bolonya” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1 Qollar: Dallinqa, 71; Junior, 72 – Girassi, 15-pen.
“Srvena Zvezda” (Serbiya) – PSV (Niderland) 2:3 Qollar: Ndiaye, 71. Djiqa, 77 – De Yonq, 17; 23. Flaminqo, 43.