ÇL: “Milan” və “Real” yarımfinalda!

ÇL: “Milan” və “Real” yarımfinalda!

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gəlib. İlk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhənginə səfərdə heç-heçə də kifayət edirdi. “Zadəganlar” isə mərhələ adlamaq üçün ÇL-in son qalibi olan bu rəqibini darmadağınla məğlub etməliydi. Amma səfərdə də inamlı qələbə qazanan Madrid təmsilçisi yarımfinala çıxıb.

Günün digər oyunu İtaliyanın iki təmsilçisi – “Napoli” ilə “Milan” arasında olub. Bu komandaların ilk oyununda da milanlılar qələbə sevinci yaşamışdılar. Qonaqlara Neapolda heç-heçə də kifayət edirdi. “Napoli” isə yalnız inamlı qələbə qazanacağı halda mərhələ adlaya bilərdi. Amma bu görüşdə heç-heçə qeydə alınıb və iki oyunun nəticəsinə görə yarımfinala "Milan" yüksəlib.

UEFA Çempionlar Liqası 1/4 finalın cavab oyunları 18 aprel

Çelsi (İngiltərə) – Real Madrid (İspaniya) 0:2 Qol: Rodriqo, 58; 80. Baş hakim: Daniel Orsato (İtaliya). London. “Stemford Bric” stadionu. İlk oyun – 0:2.

Napoli (İtaliya) – Milan (İtaliya) 1:1 Qol: Osimhen, 90+3 - Jiru, 43. Baş hakim: Şimon Marçinyak (Polşa). Neapol. “Dieqo Armando Maradona” stadionu. İlk oyun – 0:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər