ÇL: "Liverpul"la Ayaks" 1/8 finalda, "Beşiktaş"ı Lissabonda "döydülər" 

ÇL: "Liverpul"la Ayaks" 1/8 finalda, "Beşiktaş"ı Lissabonda "döydülər" 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə dörd qrup üzrə daha 8 qarşılaşma keçirilib.

A qrupunda “Mançester Siti” “Brügge”ni, “Layptsiq” isə PSJ-ni sınağa çəkib. İngiltərə təmsilçisi qələbə qazandığı halda, Fransa klubu səfərdə 1 xalla kifayətlənib. Lakin bu nəticə ilə almanlar pley-off şansını rəsmən itiriblər.

B qrupunda günün ilk matçı İtaliyada “Milan”la “Portu” arasında olub. İtaliya təmsilçisi bu görüşdə ilk xalını qazanıb. Digər görüşdə “Liverpul” evdə Madrid “Atletiko”su ilə qarşılaşmadan inamlı qələbəylə ayrılıb və növbəti mərhələyə yüksəlib.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyada “Sportinq”in qonağı olub. İstanbul klubu bu oyunda da darmadağına üzülüb və qrupdan çıxmaq xəyalı suya düşüb. Digər dueldə Dortmund “Borussiya”sı öz meydanında səfərdə də uduzduğu "Ayaks"a boyun əyib.“Ayaks”a. Amserdamlılar 1/8 finala çıxan növbəti komanda olub.

D qrupunda “Real” evdə Donetsk “Şaxtyor”u üzərində əzmkar qələbəyə sevinib. “Şerif”in qonağı olan “İnter” də ÇL-in sürpriz komandasının sürpriz etməsinə imkan verməyib.

Xatırladaq ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın “Bayern” və İtaliyanın “Yuventus” klubları pley-offa vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası Qrup mərhələsi, IV tur 3 noyabr

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Brügge” (Belçika) 4:1 Qollar: Foden, 15. Mahrez, 54. Sterlinq, 72. Q.Jezus, 90+2 – Stounz, 17-öz qapısına.

“Layptsiq” (Almaniya) – PSJ (Fransa) 2:2 Qollar: Nkunku, 8. Soboslai, 90+2-pen – Veynaldum, 21; 39.

S   Komanda O Q H M V B F X
1   Mançester Siti 4 3 0 1 15 7 8 9
2   PSJ 4 2 2 0 8 5 3 8
3   Brügge 4 1 1 2 5 11 -6 4
4   Layptsiq 4 0 1 3 8 13 -5 1

 

   1/8 final         Avropa Liqası

 

B qrupu

“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) 1:1 Qollar: Mbemba, 61-öz qapısına – Dias, 6.

“Liverpul” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) 2:0 Qollar: Jota, 13. Mane, 21.

S   Komanda O Q H M V B F X
1   Liverpul 4 4 0 0 13 5 8 12
2   Atletiko 4 1 2 1 3 6 -3 5
3   Portu 4 1 1 2 4 6 -2 4
4   Milan 4 0 1 3 4 7 -3 1

 

   1/8 final         Avropa Liqası

 

C qrupu

“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 4:0 Qollar: Pedro, 31; 38. Paulinyo, 41. Sarabiya, 56.

“Borussiya” (Dortmund, Almaniya) – “Ayaks” (Niderland) 1:3 Qollar: Roys, 37-pen – Tadiç, 72. Haller, 83. Klaassen, 90+3.

S   Komanda O Q H M V B F X
1   Ayaks 4 4 0 0 14 2 12 12
2   Borussiya 4 2 0 2 4 8 -4 6
3   Sportinq 4 2 0 2 9 7 2 6
4   Beşiktaş 4 0 0 4 2 12 -10 0

 

   1/8 final         Avropa Liqası

 

D qrupu

“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1 Qollar: Benzema, 14; 61 – Fernando, 39.

“Şerif” (Moldova) – “İnter” (İtaliya) 1:3 Qollar: Traore, 90+2 – Brozoviç, 54. Şkrinyar, 66. Sançes, 82.

 

S   Komanda O Q H M V B F X
1   Real Madrid 4 3 0 1 9 3 6 9
2   İnter 4 2 1 1 6 3 3 7
3   Şerif 4 2 0 2 6 7 -1 6
4   Şaxtyor 4 0 1 3 1 9 -8 1

 

   1/8 final         Avropa Liqası

 

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər